“Həyat yoldaşımı ancaq bu yolla sağalda bilərəm” -Xalq artisti

  • By admin
  • 20 Sentyabr 2016 21:42

arif

Xalq artisti Arif Quliyev həyat yoldaşının səhətindən danışıb.

Xalq artisti bildirib ki, xanımı Gülzar Quliyevanın səhhəti çox pisdir: “Hepatit C virusuna yoluxduqdan sonra bir müddət xəstəxanada müalicə olundu. Hazırda müalicəsini ev şəraitində davam etdirir. Ayaqları tutulub, yeriyə bilmir, səhhəti çox pisdir”.

A.Quliyev xanımının İranda müalicə olunması üçün xeyriyyə konserti təşkil etmək niyyətində olduğunu vurğulayıb:

“Başqa çarəm yoxdur. Həyat yoldaşımı ancaq bu yolla sağalda bilərəm. Maddi imkanım yoxdur ki, onu ayağa qaldıra bilim. Ümidim Allaha, Azərbaycan xalqınadır. Dostlarım çoxdur. Amma maddi yardım üçün heç kimə ağız açmıram. Kimisə narahat etmək istəmirəm”

 

Gununsesi.info