Həyatımızın qadın və kişi dövrü…

  • By admin
  • 22 Dekabr 2020 22:59

Həyatı boyu hər bir kişinin qadın başlanğıcı, hər bir qadının isə kişi başlanğıcı var. Yaşam boyu insan yaşadıqlarına uyğun həyatının kişi dövrünü və ya qadın dövrünü yaşayır.

Hadisələrə həssas yanaşan qadın elə bir dönəm yaşaya bilir ki, gücünü göstərməyə məcbur olur, və ya hər zaman güc nümayiş etdirən kişi bəzən həssas dönəmlər yaşaya bilir, duyğusallaşır. Həyat o zaman maraqlı olur ki, hər zaman medalın bir üzündə qadın bir üzündə kişi olsun. Bu zaman bir-birini anlamaq da, yaşamaq da asan olar.

Bəs nədir həyatın kişi dövrü və qadın dövrü? Hər bir insanın bədənində həm qadın, həm də kişi enerjisi var. Vəziyyətə bağlı olaraq bədənimizdə ya qadın ya da kişi enerjisi daha çox hakim olur.

Bir qadın bədəni, əsasən qadın enerjisini ilə doldurulub, kişi bədəni isə kişi enerjisi ilə. Məsələn, müharibə şəraitində, yəni güc tələb olunan hər hansı bir vəziyyətdə, qadın bədənindəki kişi enerjisi ortaya çıxmış olur. Bir kişi bədənində isə, itki və ya şiddətli ağrı vəziyyətində, qadın enerjisi kişi enerjisi ilə yarışmağa başlayar.

İki fərqli cinsdən olduğumuz kimi, qadın və kişi adlı iki əks enerjiyə sahibik. Vaxt, məkan və hadisə qarşılığında bədənimizdə bu enerjilərdən hər hansı biri daha dominant olur. Gündəlik həyatımızda bu enerjilərdən istifadə edə bildiyimiz üçün, əsas enerjimizi daşıdığımız bədənə uyğun olanı seçmək və tarazlıqları dəyişdirmək mümkündür.

Düşünün ki, bədəninizin kimliyi var, amma daşıdığınız enerji doğru deyilsə, bu zaman siz (tam olaraq qadın və ya kişi) deyilsiniz. Məsələn, çox gözəl bir qadın düşünün, amma danışdıqda və ya hərəkətlərində qadın enerjisini duya bilmirsiniz. Və ya eyni misalı kişiyə da aid etmək olar. Bir gün çox gözəl görünə bilərsiz, saçlarınız, geyiminiz, hər şeyiniz üstünüzdə olar, amma enerjisiniz üstünüzdə deyilsə kənardan qadın kimi hiss edilməyəcəksiniz. Bəs nə zaman bu enerjilərimiz tarazlığın itirir? Qadın olaraq daha çox məsuliyyətə yükləndikdə, daha çox işləmək, kariyera arxasınca qaçanda, hisslərdən uzaq düşəndə, həssaslığımızı itirəndə, istirahətimizə, özümüzə daha az zaman ayırdıqda, təbiətlə təmasdan kənarlaşdıqda, incəsənətlə bağlarımız olamayanda, bir növ özünü sənin enerjin olmayan şeylərə fəda etdikdə qadın enerjindən uzaqlaşırsan. Medalın digər üzü isə, kişi enerjisidir.

Amma bu o demək deyil ki, qadın kariyera qurmamalı, ayaqları üzərində durmamalıdır. Belə deyək, kişi enerjisi zehini gücü, məntiqi, beynim sol yarımkürəsini daha aktiv saxlayır. Bu daha çox rəqabət aparan, kontrol edən tərəfimizdir. Qadın enerjisi isə duyğularını, hissiyatı, emosiyaları aktiv saxlayır. İnsan olaraq bədənimizdə hər iki enerjini daşıyırıq.

Önəmli olan hər iki enerjidən qədərində, uyumlu formada istifadə etməyi bacarmaqdır. Biri digərindən üstün və ya daha yaxşı deyil. Hər iki enerjinin bizə uyğun tərəflərini uyğun formada istifadə etməyi bacarmaq həyatımızı tarazlamağa kömək edir.

 

 

Xumar Ağayeva

Gununsesi.info