Həyatını riskə atıb hər gün dağıntılar altında qalan inəyə yem aparır - VİDEO

  • By admin
  • 16 Fevral 2023 14:42

Türkiyədə, Adıyamanda inəyi dağıntılar altında qalan qadın hər gün bir neçə dəfə həyatını riskə ataraq heyvana yem və su daşıyır.

Qadın bildirib ki, ailəsi zəlzələdən yüngül xəsarətlərlə qurtula bilib, lakin ailənin yeganə gəlir yeri olan tövlədəki heyvanlar dağıntılar altından qalıblar.

“Tövlədəki dörd inəkdən yalnız biri sağ qalıb, 15 keçi və toyuq-cücə dağıntılar altında qalaraq tələf olublar”, – deyə təsərrüfatla məşğul olan qadın bildirib.

Birgül Tuncay sağ qalan yeganə inəyin xilas olması istəyi ilə aidiyyəti qurumlara müraciət edib.

Gununsesi.info