Haaqada etiraz aksiyası keçiriləcək - “ERMƏNİSTAN, TƏCAVÜZƏ SON QOY!”

  • By admin
  • 06 İyul 2017 14:06

zehra

Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Gununsesi.info-nun xəbərinə görə, aksiyada“Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatiləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat  dünya birliyinin diqqətinə çatdırılacaq. Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

Qeyd edək ki, artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

Gülnaz Qənbərli

Gununsesi.info