Habil Vəliyevin Şirvandakı təmsilçisi polisə aparılıb

  • By admin
  • 15 Dekabr 2016 17:07

gundelik

“İş adamlarını, məmuları şantaj edib pul tələb edən “reket jurnalist”, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin bölgələrdə özü kimi nümayəndələri vardır. Bunlardan biri Şirvan şəhərini və Hacıqabul rayonunu canına doyduran, əsəbləri ilə oynayan və Habil Vəliyevə pul qazanmaq üçün ünvanlar göstərən Rabil Hüseynovdur”.

Bu fikirlər Gununsesi.info-nun elektron ünvanına göndərilən bir məktubda əks olunub. Saytımıza göndərilən məktubda qeyd olunur ki, Habil Vəliyev DTX əməkdaşları tərəfindən həbs edilən günün səhəri yəni, 08 dekabr 2016-cı il tarixdə Şirvan şəhərində M.Ə.Rəsulzadə prospektində icra hakimiyyətinin yanında işıqforun qırmızı işığından həmişəki kimi keçərkən, 90 YP 131 nömrəli DYP əməkdaşları tərəfindən saxla işarəsi veriblər. Rabil polisi həmişəki kimi saya salmayaraq, “Mercedes” markalı avtomabili ilə hərəkətə davam edib.  Yaşadığı binaya tərəf dönəndə isə YPX əməkdaşları onu dayandıra bilib. 21 saylı məktəbin qarşısında Rabil Hüseynov polis şöbəsinin DYP bölməsinə yeni Bakıdan mühafizə polisindən gələn Sadiq adlı leytenantla mübahisəsi davaya səbəb olub. Rabil Sadiq adlı leytenanta küçədə hər kəsi gözü qarşısında sillə vurub. Onu bu hərəkətindən sonra şöbəyə gətiriliblər. Maşından tranzit nömrə aşkar edilərək, götürülüb. Polis şöbəsinin rəisi Hikmət Quliyev əvvəlcə hadisəni olduğu kimi qanuni şəkildə sənədləşdirməyi tapşırıb. Hətta Rabil Hüseynov polis şöbəsində saxlanılıb. Səhər gün Rövşən şadlıq sarayının sahibi İbrahim polis rəisi Hikmət Quliyevin yanına gedib Rabil Hüseynovun buraxılmasını xahiş edib. Rəis İbrahimin xahişini qəbul edib və məhkəməyə Rabil Hüseynovun sənədləri yumşaldılmış formada göndərilib. Məhkəmədə Rabil Hüseynovu 200 manat cərimə edərək, azad edib. Rabil Hüseynov Rövşən şadlıq sarayının sahibi İbrahimdən 4 ay əvvəl “Güngəlik Bakı” qəzetində mütəmadi şikayətlər edirdi. Sonradan barışıb, dost oldular. İndi ortaya kifayət qədər suallar çıxır: Polis rəisi Hikmət Quliyev nədən Şirvan şəhərinin və Hacıqabul rayonun rəhbərliyini, idarə müəssisə rəhbərlərini, sahibkarları “Gündəlik Bakı” qəzetinin “reket baş redaktoru” Habil Vəliyevlə şantaj edib boğaza yığan Rabil Hüseynovu necə bağışladı? Məgər polisi küçədə sillə ilə vuran sadə vətəndaşı bağışlayardımı?