Hacı Əbdül Eldar Mühmudovu və digər nazirləri tövbəyə çağırdı - "Gəlsinlər, tövbə etsinlər"

  • By admin
  • 10 Oktyabr 2016 14:21

hacıəbdül

“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu tövbə etməyə çağırıram”. Bunu “Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov bildirib.

HTML tutorial

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, o, deyibb ki, ümumiyyətlə hər hansı kiçik günahı olan şəxsləri tövbəyə çağırmaq lazımdır.
“Nəinki Eldar Mahmudovu, zərrə qədər səhvi, günahı olan insanı da tövbəyə dəvət edirəm. Kiminsə bilərəkdən ya da bilməyərəkdən xalqa, millətə, dövlətə qarşı xoşagəlməz hərəkətləri olubsa, onları tövbəyə çağırıram. Eldar Mahmudov və digərləri də bura aiddir. Tövbə qapısı Allahın qapısıdır və hamının üzünə açıqdır”,-deyə o əlavə edib.

Hacı Əbdül keçmiş müdafiə naziri Səfər Əbiyevlə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tövbəyə çağırıb.
“Səfər Əbiyev də, Füzuli Ələkbərov da bu millətin, xalqın övladlarıdır. Biz bu keçmiş nazirləri də tövbəyə dəvət edirəm. Gəlsinlər, tövbə etsinlər”.