Hacı Əliyev də bürünc medal uğrunda mübarizə aparacaq – YENİLƏNİB

  • By admin
  • 19 Avqust 2016 23:54

hasan

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

Gununsesi.info xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev səkkizdəbir finalda Yunsik Yun (Koreya Respublikası) ilə qarşılaşıb. Rəqibini məğlub edən ikiqat dünya çempionumuz dörddəbir finala yüksəlib.

***

Qeyd edək ki, Hacı Əliyev dörddəbir finalda Gürcüstan idmançısı Vladimir Xinçeqaşviliyə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi ilə Hacı Əliyev təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb. Güləşçimizin ilk rəqibi qazaxıstanlı Nurislam Sanayev olacaq.

***

Bir az öncə Hacı Əliyev təsəlliverici görüşünü qələbə ilə başa vurub. Qazaxıstanlı Nurislam Sanayevi məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Vladimir Dubov ilə qarşılaşacaq.

Gununsesi.info