Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı - FOTO

  • By admin
  • 15 İyun 2016 13:39

  nAILA gULIYEVA

 

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva azadlığa buraxılıb. Gununsesi.info xəbər verir ki, Nailə Quliyeva məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün azadlığa buraxılıb.

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib.

Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

 

Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır.

Gülnaz Qənbərli

 

nAILA gULIYEVA G