Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli cümə xütbəsi zamanı baş verən hadisədən danışıb.
Gununsesi.info-ya açıqlama verən Hacı Şahin qeyd edib ki, xütbə zamanı bir nəfər ayağa qalxaraq anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan sözlər deməyə başlayıb:
“Həmin şəxs məscidin xidmətçiləri və mühafizəçiləri tərəfindən kənarlaşdırıldı. Sonra onunla məscidin yaxınlığında olan, təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşları danışdılar. Daha sonra həmin şəxsin ruhi xəstə olduğu və bundan əvvəl də bir neçə məscidə gedərək özünün Mehdi olduğunu və ona vəhy gəldiyini bildirib”.
Gununsesi.info