Hacı Şahinin yas mərasimi bu tarixdə keçiriləcək 

  • By admin
  • 02 Mart 2023 19:46

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin yas mərasiminin vaxtı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, mərasim 3-4 mart tarixində saat 10:00-dan axşam saatlarına qədər Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib. 48 yaşlı ilahiyyatçı ürəktutmasından həyatını itirib.

Gununsesi.info