
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Gununsesi.info bildirir ki, sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb.
“Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək”.
Xatırladaq ki, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.
Şəbnəm
Gununsesi.info