
Milli Azərbaycan Tarixi Muzeyinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fotosu hədiyyə edilib.
Gununsesi.info bildirir ki, muzeydən trend-ə verilən məlumata görə, foto muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.
Fotoşəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.
Fotonun arxasında H.Z.Tağıyevin öz imzası da var.


Gununsesi.info












