
Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan iki ədəd tüfəng götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəncbər kənd sakini Etibar Əzizovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı tüfəng götürülüb.
Anar
Gununsesi.info










