Hacıqabulda 8 nəfərin qəddarlıqla qətlə yetirdiyi şəxs son anda yoldaşına nə deyib?- FOTOLAR

Hacıqabulda 8 nəfərin qəddarlıqla qətlə yetirdiyi şəxs son anda yoldaşına nə deyib?

hac-3

 

Dəhşətli qətl hadisəsi səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə, mərhumun qohumları bildiriblər ki, əslən Hacıqabul rayonunun Kolanı kəndindən olan Rusiya vətəndaşı, 46 yaşlı Cahangir Şirəliyev qan düşmənçiliyi zəminində bıçaq, dəmir ling və digər küt alətlərlərlə silahlanmış 8 nəfər tərəfindən ata yurdunda döyülərək xüsusi amansızlıqla qətlə yetirilib. Kəllə-beyin, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr və 4 bıçaq yarası alan Cahangir Şirəliyev hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə, Cahangir Şirəliyevə başın arxa tərfindən dəmir linglə çoxsaylı zərbələr endirlib. Bədəninin müxtəlif hissələrinə endirilən kəskin zərbələr, o cümlədən ayağının  açıq sınığı, 4 bıçaq zərbəsi nəticəsində dalağın parçalanması, daxili qanaxma və aldığı  digər ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.  Qətlə yetirilən şəxsin həyat yoldaşı Fəridə Şirəliyeva ərinin son nəfəsində ona zəng edərək 29 saniyə danışdığını bildirib və onun kimlər tərəfindən döyüldüyünü ona söyləyib: “Məni Davud, Rövşən, Natiq (Ədilovlar) və onların uşaqları döyüb, qanın içindəyəm, ölürəm, atana de məni xəstəxanaya çatdırsın”. Daha sonra səs kəsilib. Son anda köməyə gələn qohumu artıq Cahangirin öldüyünü görüb. Qətldə iştrak edənlərdən biri başından yaralanaraq Hacıqabul rayon Xəstəxanasına yerləşdirilən Davud Ədlovun MTN-in keçmiş əməkdaşı olduğu bildirilir. Qətlin onun tərəfindən, bir il əvvəl avqust ayında qətlə yetirilən qardaşı oğlu Habil Ədilovun intiqamını almaq üçün planlaşdırdığı qeyd edilir. Belə ki, Cahangir Şirəliyevi qətlə yetirməyi planlaşdıran qohumlar onu aldadaraq kəndə barışmaq üçün çağırıb. Əslində isə onların fikiri barışıq yox, Cahangiri məhz mərhum Habil Ədilovun ölümünün ildönümü ərəfəsində qətlə yetirmək olub. Aralarında düşmənçilik olduğundan ailəsi ilə kəndəki evlərini tərk edən Cahangir Şirəliyev artıq bir il idi ki, Şirvanda yaşayırdı. Ədavəti davam etdirən Ədilovlar isə Şirəliyevlərin ata evlərini dağıdaraq əsl xarabazara çeviriblər.

Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 82 yaşlı Sərhəd Səhət oğlu Şirəliyev ötən il avqust ayında qohumu, 45 yaşlı Habil Nəcəf oğlu Ədilovu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.  Hadisə ilə əlaqədar bir neçə nəfər istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hələlik hadisə ilə əlaqdar bir nəfər-mərhum Habil Ədilovun azyaşlı oğlu-17 yaşlı Nəcəf Ədilov saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

hac-1

hac-2

 

 

Gununsesi.info

 

 

 

COMMENTS