
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info