
Hacıqabulda ağır yol qəzası baş verib və baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib.
Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu, sürücü 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır.
Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.
Gununsesi.info