Hacıqabulda avtobus piyadanı vurub öldürdü

  • By admin
  • 03 Oktyabr 2019 20:09

Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 2-də saat 21 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi “DAF” markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurmuş və piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.org