Hacıqabulda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

  • By admin
  • 10 Oktyabr 2016 21:05

tecili

 

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Padar kəndində baş verib.

Kənd sakini, 1966-ci il təvəllüdlü İbrahimov Mikayıl İsmayıl oğlu naməlum avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan M.İbrahimov Şirvan şəhər xəstəxanasının travmatologiya  şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info