Hacıqabulda baş verən avtoqəzada Rusiya vətəndaşı ağır yaralanıb

  • By admin
  • 09 Mart 2017 21:08

avtoqeza

 

Hacıqabulda baş verən avtoqəzada 55 yaşlı qadın ağır xəsarət alıb.

APA-nın məlumatına görə, Bakı-Qazax magistralının 130-cu kilometrliyində Hacıqabul rayonu ərazisində “Hyundai” markalı 90 CH 025 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan Vladivostok vilayətindən olan Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Qasanova İrina Alekseyevna ağır kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info