Hacıqabulda beş nəfər narkotik alverçisi tutulub

  • By admin
  • 11 Mart 2021 20:26

Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub.

Gununsesi.info xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1982-ci il təvəllüdlü Məhərrəmov Emil Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı GM-408-MG Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılıb.

HTML tutorial

Sürücü və sərnişin –  Sabirabad rayonu Nəsimi kənd sakini, 1966-cı il təvəllüdlü İsmayılov Elşad Vəkalət oğlunun avtomobildə hər birinin ayrı-ayrılıqda saxladıqları müxtəlif bükümlərdə satış məqsədi üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirlərinin zamanı məlum olub ki, E.Məhərrəmov narkotik vasitəni 900 manata, E.İsmayılov isə 400 manata Sabirabad rayonunun Nəsimi kənd sakini, 1985-ci il təvəllüdlü Qardaşov İnşallah Əlibayram oğlundan alıblar.

İ.Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı, 03-BJ-710 dövlət nömrə nişanlı avtomobildən müxtəlif bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəllər məhkum olunan Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Nəcəfov Şahin Vaqif oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırma aparılır.

 

 

Gununsesi.info