Hacıqabulda dezinfeksiya işləri davam edir

  • By admin
  • 27 Avqust 2021 11:58

Hacıqabul rayonu ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.

Gununsesi.info xəbər verir ki, infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə 27.08.2021-ci il tarixdə xüsusi ayrılmış texnika vasitəsi ilə küçə və prospektlərdə eləcə də Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilib.

Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır.