Hacıqabulda gənc oğlanın meyiti aşkar olunub

  • By admin
  • 30 Oktyabr 2019 09:47

Hacıqabul şəhərinin mərkəzində 25-30 yaşlarında kişi meyiti tapılıb.

Gununsesi.org-un məlumatına görə, hələlik onun kimliyi tam müəyyən olunmayıb.

Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib. İlkin versiyaya görə, onun narkotik vasitənin artıq dozasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org