Hacıqabulda İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

  • By admin
  • 05 Mart 2020 18:38

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.

Gununsesi.org