
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
APA-nın məlumatına görə, bunlar Hacıqabul rayon Qubalı-Baloğlan kənd sakini, 1966-cı il təvəllüldlü Hüseynova Sevda Mənsim qızı, habelə Rəncbər kənd sakinləri – 1956-cı il təvəllüdlü İbrahimova Gülarə Ağasəf qızı və 1985-ci il təvəllüdlü Bağırova Esmira Müzəffər qızıdır.
Adıçəkilən şəxslər müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Gununsesi.info