Hacıqabulda qadının törətdiyi qəza qızının ölümünə səbəb oldu - FOTOLAR

  • By admin
  • 12 May 2023 21:56

Hacıqabulda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün qızı – Bakı sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb. Xəsarət alan V. Əliyeva Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.