Hacıqabulda qonşu qonşusunu güllələdi

  • By admin
  • 25 İyul 2017 14:24
gulleledi
Hadisə Hacıqabul rayonunda baş verib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayonu Udulu qəsəbə sakini qonşusu tərəfindən güllələnib. Udulu qəsəbə sakini, 1941-ci il təvəllüdlü Şükürov Məsləhət Abbasəli oğlu sağ ayağından güllə yarası ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Onun qonşusu Ağayev Mirağa Mirsadıq oğlu tərəfindən güllə ilə vurulduğu bildirilir.
  
İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verir.
Gununsesi.info