Hacıqabulda sərxoş sürücü avtomobili aşırıb

  • By admin
  • 08 May 2017 19:30

avtoqeza

 

Hacıqabulda avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü qəza törədib, sərnişin xəsarət alıb.

APA-nın məlumatına görə, Hacıqabul şəhəri ərazisində avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin Meyniman kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Mikayıl Vəlixan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info