Hadi Rəcəbli bu münasibətlərin hədəfi olası deputat deyil

  • By admin
  • 02 İyun 2018 16:45

Nə yaxşı ki, müasir demokratik cəmiyyətin kütləvi informasiya vasitələrində populizmə uymayan, kütlə psixologiyası ilə yaşamayan, haqqı-ədaləti hər şeydən üstün tutan, saytlarımız, feysbuk səhifələrimiz və mətbu orqanlarımız hələ də var, onlarla bölüşmək, fikir mübadiləsi etmək imkanlarımız var. Məni bu yazını yazmağa həvəsləındirən obyektiv, qərəzsizliyi ilə seçilən, bütün müasir elitar tələblərə cavab verən,əsasən parlament jurnalistikası sahəsində ixtisaslaşan nüfuzlu Modern.az saytında son vaxtlar ardıcıl olaraq gedən tanınmış şəxsiyyətlərin gorunması, onlara qarşı səslənən şər və böhtanların ifşasıyla bağlı silsilə yazılar oldu.

Bu tip yazılar ədalət, obyektivlik, qərəzsizlik rəmzi olan  mənim üçün doğma çox oxunan , sevilən “İki Sahil” qəzetində də tez-tez işıq üzü görür.

O prizmadan yanaşaraq uzun illər jurnalist fəaliyyəti ilə bağlı yaxından tanıdığım bir insan, ziyalı və deputat haqqında yazılan qərəzli, təhif olunmuş fikirlərin konteksdən çıxarılması, eybəcər başlıqlarla müşayiət olunan cızma-qaralar səmimi deyirəm ki, hətta mənuim də heysiyyatıma toxunur, məni hədsiz qəzəbləndirir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli haqqında qərəzli jurnalist yazılarını oxuyanda məyus oluram. Ona görə ki, Hadi Rəcəbli o qərəzlərin və böhtanların hədəfi olası deputat deyil. Mən parlament jurnalisti kimi uzun müddət-20 ilə yaxındır ki, onunla ünsiyyətdə olmuş, bir çox müsahibələr almış, gündəmdə olan məsələlərə dair münasibətini öyrənmişəm. Hamısında da yüksək etika qaydasında  müsahibələr almışam, suallar vermişəm və cavabları da şablon olmayıb, ədaləti, haqqı müdafiə edən olub.

Deputat, vətəndaş, jurnalist.

Hadi Rəcəbli parlamentdə çox azsaylı deputatlardandır ki, qapısı həmişə jurnalistlərin üzünə açıq olub. Jurnalistlərlə də söhbətini səmimi ab-havada, çox vaxt isə çay dəstgahı ilə davam etdirib. Məhz belə bir səmimi ortamda jurnalist müsahibindən istədiyi cavabı almağa nail olur. Ona görə yox ki, burada yalnız jurnalist peşəkarlığı dada çatıb, həm də ona görə ki, Hadi Rəcəbli jurnalistin hansı cavabı almaq istədiyini anlayan peşəkar həmkarımızdır. Ona görə həmkarımız deyirəm ki, Hadı Rəcəbli gənc yaşlarında  o dövrün ən məşhur qəzetlərinin birində xüsusi zona müxbiri kimi fəaliyyət göstərib. Respublikamızın tirajlı mətbuat orqanlarında çalışıb. Məhz bu səbəbdəndir  mən şəxsən ondan aldığım müsahibələrin ümumi məzmununa, verilən sualların cavablarına baxanda oradakı səmimiyyəti həmişə hiss etmişəm. Hadi Rəcəbli jurnalistlərin dostudur. Onlara öz həmkarları kimi yanaşır və Milli Məclisdə  bu adamaları daim  qayğı ilə əhatə edir. Hətta jurnalistlər   şəxsi problemlərinin həlli ilə bağlı Hadi müəllimə səmimiyyətlə müraciətlər edəndə onlara dəstək olur, bəzi idarələrə, vəzifə sahiblərinə zəng edərək bu problemlərin həllinə yardımçı olmağa çalışır. Onun qənaətincə, jurnalistlərə diqqət və qayğı cəmiyyətə, ziyalılara, ən nəhayət, dövlətə göstərilən diqqət və qayğıdır.

Ən çox qəbulu və müraciəti olan deputat.

Açıq deyək ki, bir çox sosial problemləri olan vətəndaşlar ümid yeri bildikləri Milli Məclisin qarşısına gələrək deputatlarla görüşməyə çalışırlar. Gələnlərin arasında çoxlu sayda müharibə əlilləri,   veteranları, şəhid ailələri də olur ki, Hadi müəllim onların  ən doğma adamları kimi bu insanların qarşısına çıxmağı özünə borc bilir. Mən müşahidələrimə əsasən deyərdim ki, deputatlardan Hadi Rəcəbli çəkinmədən həmişə  şikayətçilərin qarşısına çox cəsarətlə və həm də alnıaçıq, üzüağ çıxıb. Əvvəla ona görə ki, o bu qayğılarla daim və ardıcıl məşğul olan  komitə sədri kimi bu təbəqənin hüquqlarının müdafiəsi ilə məşğul olub. Eyni zamanda,  yerlərdə bəzi məmurların narazı saldıqları bu qrup insanlar əsasən Hadi müəllimlə görüşə can atırlar. Bilirlər ki, bu deputat onların problemlərinin həlli üçün məmurlarla sərt danışa və qarşılaşdıqları çətinliklərin həllinə yönləndirə bilən cəsarət sahibidir.

                 Qərəzlərə dözən siyasətçi.

Əslində, Hadi müəllimə qarşı qərəzli jurnalist yazılarının bir səbəbi də odur ki, həmin jurnalistlərdə peşəkarlığın əsas ölçüsü olan obyektivlik və ədalətlilik meyarları çatmır. Hadi müəllim dəfələrlə deyib ki, mənim fikirlərimi bəzi jurnalistlər kontekstdən çıxararaq, özlərinə sərf edən, guya sensasiya yarada biləcək hissələrini veriblər. Bununla da indiki KİV bolluğunda xəbərlərinin oxunmasına nail olmaq istəyirlər. Hadi müəllim deyir ki, onlar məni və əlbəttə məntiqi olaraq  dövləti ən həssas qruplara qarşı-qarşıya qoymağa çalışırlar. O müəllimlərə həmişə yüksək qiymət vermiş, onların cəmiyyətdəki rolunun, dəyərinin əvəzsiz olduğunu bildirmişdir. Bu qrup işçilərin əmək haqlarının daim artırılmasını diləmiş, onun bu istiqamətli sərt və kəskin çıxışlarını mən dəfələlərlə eşitmiş və yutubda görmüşəm. Deputat müəllimlər haqqında deyir: «Bir şeyi bilin ki, parlamentdə mən təkcə əlillərin, sosial durumu ağır olan insanların yox, eyni zamanda, müəllimlərin lobbiçisiyəm. Həmçinin müəllimlərin əmək haqları, sosial durumları ilə bağlı ardıcıl çıxışların müəllifiyəm.»

Diqqıtinizə  çatdırmaq istəyirəm başqa bir təhrifi. Lap bu günlərdə xalqın mənafeyinə bilavasitə xidmət edən məşğulluq qanununda   gələcəkdə pensiya və digər təminatlar almaq üçün işləyənlərin  sahibkarlar tərəfindən sığortaya cəlb olunması mövzusunu   savadsızlar, cızma-qaraçılar “qabyuyanlara guya vergi  yükünün qoyulması” kimi yayıblar və yüzlərlə kütlə psixologiyasına uyan adamlar buna söyüşlərlə, təhqirlərlə reaksiya veriblər. Belə mənəviyyatsız, iyrənc təhriflərdən ibarət nümunələrdən apardığım təhlillərə görə onlarla nümunə göstərə bilərəm.

                           Nə yaxşı ki, birləşə bilirik.

Sevinirəm ki, Hadi müəllimi müdafiə üçün jurnalistlər, hüquqşünaslar , ziyalılar QHT-lər və daha neçə qruplar yaranıb. Onlar qərəz, təhrif, böhtan və söyüş yazan qələm tutanları səviyyəsiz, hissə, yalana uyanları ifşa etmək istəyirlər.Bu yaxşı haldır. Amma nə edəsən ki,  Hadi müəllim yenə də humanistlik göstərir. Onlara toxunmamağı tövsiyyə edir, maarifləndirməyə üstünlük verir.

Hadi Rəcəbli həmin ictimai-siyasi fəallardandır ki, jurnalisti qərəz və böhtana görə heç vaxt məhkəməyə vermək iddiasında olmayıb. Onun qənaətincə, jurnalisti məhkəməyə verməkdənsə onu obyektivliyə, vicdanlı jurnalistikaya yönləndirmək daha effektlidir. Hadi müəllim deyir ki, bu gün  möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə aparılan böyük miqyaslı quruculuq işləri və bunun fonunda dünyanın respublikamızın artan nüfuzunu heyranlıqla müşahidə etməsi belə xırda işlərə vaxt sərf etməyə lüzum görmür. Hələ Ulu Öndər  vaxtıilə onu sərt tənqid edən, bəzi hallarda təhqirlərə yol verən jurnalistləri bağışlayaraq məmurları da bu humanistlikdən nümunə götürməyə səsləyirdi: «Mən də  jurnalistlərə qarşı bu humanistliyin tərəfdarıyam. Çünki bu prinsip Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, ən başlıcası isə ölkəmizdə söz və mətbuat azadlığının inkişafı üçün çox əhəmiyyətlidir».

Gəlin ədalətli və obyektiv olaq. Hüquqi dövlət qaydalarına əməl edək, ən başlıcası Allahdan qorxaq.

Elçin Zaman