Hadi Rəcəblidən nəticələrin ləğvi ilə bağlı açıqlama — Allaha pənah

  • By admin
  • 13 Fevral 2020 17:56
Hadi Rəcəblinin namizəd olduğu 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.org xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hadi Rəcəbli son qərarı Mərkəzi Seçki Komissiyasının verəcəyini bildirib:

“Yazılanlardan mənim də xəbərim var. Seçkilərin gedişatı ilə bağlı heç nə deyə bilmərəm. Qərar MSK-dan asılıdır. Qanunvericiliyə görə, 10 gün müddətində Mərkəzi Seçki Komissiyası məsələyə münasibət bildirməlidir. Allaha pənah. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Gununsesi.org