Deputatın oğluna vəzifə verildi - FOTO

  • By admin
  • 15 İyun 2020 13:51

Energetika Nazirliyində yeni təyinat olub. 

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, Vüsal Rəcəbli nazirlikdə müşavir təyin edilib.

Energetika nazirinin müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva “Report”-a açıqlamasında xəbəri təsdiq edib.

V.Rəcəbli keçmiş deputat Hadı Rəcəblinin oğludur. O, bundan əvvəl BEGOC-un Nəqliyyat Departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.