
Məşhur türkiyəli müğənni Hadisə öz “İnstaqram” səhifəsində erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhranın fotolarını paylaşıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə sivil insanları öldürənləri lənətləyib.
Belə ki, Hadisə öz “İnstaqram”da paylaşdığı fotoların altında bunları yazıb:
“İçim qan aglayır… 2 yaşlı bir körpə. Dərdli analar. Bu, insanlığa sığmayan vəhşilikdir. Terror hücumlarını dilindən, dinindən irqindən asılı olmayaraq qınayıram və qınamağa davam edəcəm! Buna artıq son verin! Azərbaycana səbr diləyirəm”.
Anar
Gununsesi.info