“Kamaz” “Niva” ilə toqquşdu - Ölən var - FOTO

Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki,  dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

HTML tutorial

Araşdırmalar zamanı məlum olub ki, “Kamaz” markalı avtomobil ilə “Niva” markalı yük avtomobili toqquşmuş nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir