Hadisələri diqqətlə izləyirik – Rusiya XİN

  • By arzu
  • 13 Avqust 2020 18:12
“Belarusda son günlər baş verən hadisələri diqqətlə izləyirik. Biz seçkisonrası Belarus şəhərlərinin küçələrində olan asayiş pozuntuları ilə bağlı məlumatlardan narahatlıq keçiririk”.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova söyləyib.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Gununsesi.org