“Fənərbahçe”nin keçmiş futbolçusu Serhat Akının müğənni Hadisə haqqında dediyi sözlər qalmaqala səbəb olub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçunun bir neçə gün öncə Hadisə haqda “Əvvəllər çox çirkin olub. Heç bəyənmirdim onu. Sonradan açıldı. Ərəb atlarına oxşadı” deməsi həm sənətçini, həm də onu sevənləri qəzəbləndirib.
Hadisə İnstaqram hesabında Serhata belə cavab verib:
“Mən susduqca şiddət çoxalır. Həmin insanlara görə çox utanıram. Təsəvvr edin, bir ata sənəti haqda deyil, başqa qadın haqda dediyi sözlərlə gündəmə gəlir. İnanıram ki, onun həyat yoldaşı da buna görə xəcalət çəkir. Bəli, mənim atam kasıb adam olub. Bahalı paltarlar geyinməmişəm, lüks villalarda yaşamamışam. Amma atam adam kimi adam olub. Mən də bunu fəxrlə deyə bilirəm”.
Müğənninin bu açıqlamasından sonra Akın yenə sakit durmayıb və Hadisə ilə illər öncə çəkilmiş şəklini səhifəsində yerləşdirərək “Haqsızam?” yazıb.
Gununsesi.info