Hadisənin nişanlısının mülkləri müsadirə oluna bilər

  • By admin
  • 13 Fevral 2022 17:38

Türkiyəli müğənni Hadisənin nişanlısı Mehmet Dinçerlerin borcları ilə bağlı yeni məlumatlar yayılıb.

Gununsesi.info “axşam.az”a istinadən xəbər verir ki, özəl banklardan biri Mehmet və atası Burhan Dinçerlerin 10 milyon lirə borcunu ödəmədiyi üçün hərəkətə keçib.

HTML tutorial

Bank Dinçerlerin mülklərini başqa birinin adına keçirib ölkədən qaçma ehtimalı iddiası ilə onun əmlaklarının müsadirə olunmasını tələb edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mehmetin əmisinin vəkili Haidəsənin 40 min dollarlıq nişan üzüyünə də əl qoyulacağını bildirmişdi.

Hadisənin özündən 2 yaş kiçik sevgilisi “Gloria Jean’s Coffees”in sahibidir. Cütlüyün aprelin 27-də nikah masasına əyləşəcəyi deyilir.

 

Gununsesi.info