Hadisənin bu fotoları tənqid edildi - FOTOLAR

Türkiyəli müğənni Hadisənin geyindiyi kürk müzakirələrə səbəb olub.

Gununsesi.info  Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənninin geyindiyi kürkün əsl olduğu iddia olunub.

Hadisənin kürklü paylaşımı heyvansevərlər tərəfindən sərt şəkildə tənqid edilib və onlar bunu heyvan haqlarının pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, kürkün 150 min türk lirəsi ( 13,628.56 AZN) olduğu bildirilib.

Xatırladaq ki,  Hadisənin daha əvvəl saxta adlandırdığı bəbir naxışlı kürkünün də gerçək olduğu ortaya çıxmışdı. Hadisə tənqidlərdən sonra “Xəz saxtadır. Gerçək deyil, amma real görünür”, – demişdi.

Gununsesi.info