Hadrutda əməliyyat: Təhlükənin qarşısı alındı

  • By admin
  • 24 Avqust 2021 12:51

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.