Hadrutda daha 10 erməni hərbçinin meyiti tapıldı

  • By turana
  • 12 Yanvar 2021 10:15
Yanvarın 11-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 10 erməni hərbçinin meyiti Hadrut ərazisində tapılıb.

Bu barədə “armeniasputnik” məlumat yayıb.

Axtarışların Hadrut və Cəbrayıl istiqamətlərində aparıldığı, axtarış prosesində xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.

Gununsesi.info