“Hafka” həbs olundu- SİLAHLI BASQINA GÖRƏ

“Hafka” həbs olundu

AF522291-70DE-4D4F-89C1-F7E8DFCB51DB

Gununsesi.info xəbər verir ki, moderator.az keçmiş polis rəisi Müşfiq Mədətova qarşı baş vermiş hücum və polisin keçirdiyi əməliyyat haqqında xəbəri oxucularına çatdırıb və hadisələrin gedişi barədə daxil olan yeni məlumatları diqqətinizə çatdırmaqda davam edir.

Mədətova silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğunu xəbər vermişdik.

Yeni aldığımız məlumata görə bu şəxs “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində o həbs edilib.

Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında bəzi məlumatlar əldə etsək də, hələlik müəyyən dəqiqləşdirmələr aparılır və ətraflı informasiyaya sahib olan kimi sizin diqqətinizə çatdırılacaq.

Gununsesi.info

COMMENTS