Haitinin paytaxtı Port-o-Prensində 4 minə yaxın məhbusun həbsxanadan qaçması səbəbindən fövqəladə vəziyyət və komendant saatı tətbiq olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son atışmalarda ən azı 12 nəfər həlak olub. Fransanın Haitidəki səfirliyi isə insanları paytaxt ərazisinə getməməyə çağırıb.
Bildirilir ki, Haiti hökuməti həftə sonu basqın edilən həbsxanalardan birinin paytaxtda, digərinin isə Croix des Bouquets yaxınlığında olduğunu açıqlayıb.
Dəstə lideri, “BBQ” ləqəbli Cimmy Cherizier, baş nazir Ariel Henrinin istefasını istəyir və onu ölkəyə qayıtmamağa çağırıb.
Qeyd edək ki, 2021-ci ildə Haitidə həbs edilənlər arasında prezident Jovenel Moiseni öldürməkdə ittiham olunan dəstə üzvləri də var.
Gununsesi.info