Hakan Fidan ABŞ-a gedir

  • By admin
  • 29 Noyabr 2023 08:33

Türkiyə xarici işlər naziri Hakan Fidan 29 noyabr tarixində Qəzzadakı son hadisələrin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazir Fidan səfərlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı – Ərəb Liqasının 11 noyabr 2023-cü il tarixli Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların icrasını davam etdirmək üçün yaradılmış qrupun digər üzvləri ilə də bir sıra diplomatik görüşlər keçirəcək.

Gununsesi.info