Hakan Fidan ABŞ dövlət katibi ilə İranı müzakirə etdi

ABŞ dövlət katibi Marko Rubio aprelin 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce xarici KİV-ə bildirib.

Rubio Fidanla İran və onun tərəfdaşlarının regional təhlükəsizlik və sabitliyə yönəlmiş təhdidlərini müzakirə edib.

“Onlar terrorizmlə mübarizə və NATO-nun gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər”, – açıqlamada deyilir.

 

 

Gununsesi.info