Hakan Fidan almaniyalı həmkarı ilə İsrail və Fələstindəki hadisələri müzakirə edib

  • By ilhame
  • 11 Oktyabr 2023 20:29

Türkiyənin Xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbok ilə telefonla danışıb, İsrail və Fələstindəki hadisələri müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, həmçinin NATO-nun genişlənməsi məsələləri müzakirə olunub.

Gununsesi.info