Hakan Fidan Azərbaycana gələcək

  • By admin
  • 04 İyul 2023 20:18

Türkyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

H.Fidan 5-6 iyul tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin iclasına qatılacaq.

Türkiyəli nazir iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə qatılacaq.

Hakan Fidanın həmkarları ilə ikitərəfli təmaslarının keçiriləcəyi qeyd olunub.

Gununsesi.info