Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyənin XİN rəhbəri dünən Bakı vaxtı ilə saat 23:55-də çatıb.
Hakan Fidan bu gün Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.
Gununsesi.info