Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə etdi

  • By admin
  • 22 Fevral 2024 09:14

Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etdiyi Braziliyanın Rio-de-Janeyro şəhərində amerikalı həmkarı Blinken ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüşdə Qəzzada ən qısa zamanda tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar müzakirə edilib.

Ukrayna müharibəsi, NATO-nun genişlənmə prosesi, Azərbaycan-Ermənistan sülh danışıqları və digər regional hadisələrin müzakirə olunduğu görüşdə gələcəkdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki müzakirə olunub.

 

Gununsesi.info