
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Gununsesi.info xəbər verir ki, diplomatik mənbələrdən “Anadolu” agentliyinə verilən məlumata görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyası çərçivəsində baş tutub.
Danışıqlar mətbuata qapalı olaraq təxminən 45 dəqiqə davam edib.
Tərəflər ABŞ və Türkiyə arasında əlaqələrin inkişafı üçün atıla biləcək addımları müzakirə ediblər.
Fidan və Blinken həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələri müzakirə ediblər.
Səid Əhmədli
Gununsesi.info