Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.
“Qarşı tərəfin təşəbbüsü ilə keçirilən telefon görüşməsində İsrail ilə HƏMAS arasındakı danışıqlar prosesi, eləcə də regionda artan gərginlik müzakirə edilib. Nazir qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin qətlə yetirilməsi və fələstinlilərin öldürülməyə davam edilməsi İsrailin sülhün bərqərar olmasına səy göstərmədiyini bir daha nümayiş etdirir”, – paylaşımda deyilir.
Keçelinin sözlərinə görə, Fidan Blinkenlə söhbətində HƏMAS-ın bu məsələdə konstruktiv mövqe tutduğunu və tam atəşkəsə nail olmaq üçün İsrailə təzyiq etmək lazım olduğunu bildirib.
Məlumata görə, söhbət əsnasında İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədəki son vəziyyət müzakirə edilib.
Bundan başqa, Hakan Fidan bölgədə artan gərginliyin narahatlıq doğurduğunu, İsrail-Fələstin qarşıdurmasında təcili olaraq davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
Gununsesi.info