Hakan Fidan Böyük Britaniyanın XİN başçısı ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

  • By ilhame
  • 12 Yanvar 2024 22:57

Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

 

Qeyd olunub ki, türkiyəli nazir Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, ölkəsinin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib.

 

Bundan əlavə, Qəzzadakı son vəziyyət də müzakirə olunub.

 

H.Fidan Qəzzada müharibə və fələstinlilərə qarşı zorakılıqların ən qısa zamanda sona çatmasının lazım olduğunu, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitlik üçün ciddi risk yaratdığını vurğulayıb.

 

Gununsesi.info