Hakan Fidan erməni həmkarı Mirzoyan ilə telefonda danışdı

  • By admin
  • 28 Sentyabr 2023 10:44

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Hakan Fidan erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir Hakan Fidan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə dialoqu zamanı regional məsələlərdən bəhs edib.

Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra bölgədə bir sıra geopolitik-diplomatik və siyasi münasibət üçün zəmin yaranıb.

Bu məqsədlə rəsmi Bakı ilə İrəvan və Ermənistanla Türkiyə arasında müzakirələr davam edir.

Xatırladaq ki, son illərdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün bir sıra addımlar atılıb. Baş nazir Nikol Paşinyan Prezident Ərdoğanın yenidən vəzifəsinə seçilməsindən sonra keçirilən tədbirə qatılmış, Ərdoğan və Nikol Paşinyan arasında bu ilin 11 sentyabrında telefon danışığı olmuş, eləcə də iki ölkə arasında humanitar yardımlar edilmişdi.

Tərcümə: Arzu

Gununsesi.info